ABŞ prezidenti Co Bayden oğlu Hunterin əfv edilməsi ilə bağlı qərarını dəyişməyib, o, hələ də məhkəmənin hökmünə müdaxilə etmək niyyətində deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Jan-Pyer jurnalistlərlə söhbəti zamanı bildirib.
Xatırladaq ki, Hunter Bayden doqquz maddə üzrə vergidən yayınmada ittiham olunur – onu 17 ilə qədər həbs gözləyir.
Eyni zamanda, Co Bayden artıq oğlunu sevdiyini, lakin mühakimə olunacağı təqdirdə onu əfv etməyi planlaşdırmadığını bildirib.