Ağ Ev ilk dəfə Maduro rəsmiləri və ölkənin neft sektoruna tətbiq edilən sanksiyaları ləğv edə bilər

  • By admin
  • 01 Aprel 2020 17:09

ABŞ Venesuelaya qarşı sanksiyaları ləğv edə bilər.

Bunun müqabilində prezident Nikolas Maduro və müxalifət lidei Xuan Quadonun müttəfiqlərinin iştirakı ilə müvəqqədi hökumətin formalaşdırılması tələb olunur.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı günü bununla bağlı açıqlama verməlidir.

Plan Maduro və Quaydonun parlament seçkiləri keçirilənədək səlahiyyətlərin 5 üzlük şuraya təhvil verməsini nəzərdə tutur.

Neftlə zəngin bu ölkədə iqtisadi tənəzzül yaşanır. ABŞ-ın iqtisadi təzyiqləri koronavirusun yayıldığı və neft qiymətlərinin düşdüyü bir vaxt həyata keçirilir.

Virus Venesuelanın səhiyyə sistemini də sarsıdıb.

ABŞ ilk dəfə Maduro rəsmiləri və ölkənin neft sektoruna tətbiq edilən sanksiyaların ləğvini təklif edib.

İnsan haqlarına riayət etmədiklərinə görə tənqidlərə məruz qalan rəsmilər və narkotik qaçaqmalçıları sanksiyalardan azad edilməyəcək. Lakin Maduro hökumətinin qara siyahıya salınan rəsmiləri bundan bəhrələnə bilər.

Müvəqqəti hökumətin təşkili ideyası çox ehtimal ki, Maduro və onun müttəfiqləri tərəfindən qəbul edilməyəcək. Əks təqdirdə onlar ABŞ-ın ədliyyə sistemindən qorunmaları üçün zəmanət tələb edəcək.

Plan Maduronun əsas siyasi və iqtisadi dəstəkçisi olan Kuba, Çin və Rusiyanın təsdiqini əldə etməlidir.

Ötən həftə ABŞ Maduro, Ali Məhkəmənin sədri, müdafiə naziri və digər rəsmiləri narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasında ittiham edib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Vaşinqtonun ittihamlara baxmayaraq, Maduro ilə hakimiyyətdən əl çəkməsini müzakirə emək isitədiyini bildirib.

Şənbə günü Quaydo “milli fözlqəladə hökumətin təşkilinə” çağırıb.

ABŞ və dünyanın 50-dən çox hökuməti Quaydonu Venesuelanın legetim lideri kimi tanıyıb.

Gununsesi.org