Ağ Ev Kennedi sui-qəsdi ilə bağlı sənədləri yayacağı tarixi açıqladı

  • By admin
  • 24 Oktyabr 2021 09:08

Ağ Ev dekabrın 15-də keçmiş prezident Con Kennediyə sui-qəsdlə bağlı sənədləri yayımlayacağını açıqlayıb.

Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bir sıra çətinliklər sənədlərin redaktə müddətini uzadıb. Buna görə də sənədlərin bir qismi dekabrın 15-də, digərləri isə bir il ərzində yayımlanmağa hazır vəziyyətə gətiriləcək.

Xatırladaq ki, Con Kennedi 54 il əvvəl, 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində öldürülüb.

Gununsesi.info