Ağ Ev Nikaraqua Prezidentinin oğluna sanksiya tətbiq etdi – ÇİRKLİ PULLARIN YUYULMASI İTTİHAMI

  • By arzu
  • 13 Dekabr 2019

ABŞ hökuməti Nikaraqua Prezidenti Daniel Orteqanın oğlu Rafael Antonio Orteqa Murilyoya qarşı sanksiya tətdbiq edib.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yazılıb. Vaşinqton sanksiya siyahısına Rafael Antonionun nəzarət etdiyi 3 şirkəti də daxil edib. Prezidentin oğlu çirkli pulların yuyulmasında ittiham olunur.

Bununla da Rafaelin ABŞ-dakı bütün hesabları dondurulub və Amerika vətəndaşlarına onun rəhbəri olduğu şirkətlərlə biznes əlaqələri qurmaq qadağan edilib.

Gununsesi.org