Ağ Ev peyk görüntülərini yaydı - FOTO

  • By admin
  • 17 İyul 2022 09:59

“Rusiya rəsmiləri son həftələrdə ən azı iki dəfə İranın mərkəzindəki aerodromda olublar. Ukraynaya qarşı müharibədə istifadə etmək üçün əldə etmək istədiyi pilotsuz uçuş aparatlarına baxış keçirmək üçün”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat yayıb.

Onun sözlərinə görə, yayımlanan peyk görüntülərində iyunun 8-də və iyulun 15-də İran Rusiya rəsmilərinin Kaşan aerodromunda pilotsuz təyyarələrin sınaq hücumu əks olunub.

Xüsusilə, söhbət “Şahed-191” və “Şahed-129” pilotsuz təyyarələrindən gedir. Onların həmin vaxt Rusiya nümayəndə heyətinin təyyarəsinin olduğu aerodromda yerləşdirildiyi bildirilir.

Sallivanın sözlərinə görə, Rusiya tərəfi İranın hücum PUA-larını almaqda maraqlıdır.

Qeyd olunub ki, bəyanat Ağ Evdən məhz ABŞ prezidenti Co Baydenin Fars körfəzi ölkələri, həmçinin Misir, İordaniya və İraq liderləri ilə regional sammitdə görüşü ərəfəsində verilib. Amerika lideri region ölkələrini İrana qarşı birləşdirmək niyyətindədir.

Xatırladaq ki, bu yaxınlarda Ağ Ev bildirmişdi ki, Rusiya İrandan Ukraynaya qarşı müharibədə istifadə etmək üçün ona yüz döyüş pilotsuz uçuş aparatı verməsini xahiş edib.

Gununsesi.info