Ağ Ev Qəzza zolağına yanacaq tədarükünə ehtiyac olduğunu açıqladı

Ağ Ev 7 oktyabrdan İsrailin hücumlarının başladığı idxal qadağasının qüvvədə olduğu Qəzza zolağına yanacaq tədarükünə icazə verilməsinin zəruriliyini açıqlayıb.

Gununsesi.info bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, yanacaq Qəzza zolağının sakinlərinin yaşaması üçün vacib amildir.

“Xəstəxanalara yanacağa, generatorları işə salmaq üçün ehtiyac var. Dəniz suyunu içməli suya çevirmək üçün duzsuzlaşdırma sistemləri işləməlidir. Bütün bunlar vacibdir”, – Kirbi bildirib.

Kirbi qeyd edib ki, Vaşinqton “İsrailin HƏMAS-ın tədarük etdiyi yanacağı qaçaqmalçılıq yolu ilə keçirə və ondan öz məqsədləri üçün istifadə edə biləcəyi ilə bağlı narahatlığını anlayır”. “Bütün narahatlıqlara baxmayaraq, bu məsələdə tarazlıq əldə edilməli və yanacaq Qəzza zolağındakı fələstinlilərə çatmalıdır”, – deyə o yekunlaşdırıb.

Gununsesi.info