

ABŞ Dövlət Departamenti Rusiyada keçirilən aksiyada həbs olunanlarala bağlı öz etirazını bildirib.
Gununsesi.info “reuters”-ə istinadən xəbər verir ki, martın 26-da Moskvada müxalifət lideri Aleksey Navalnıyın təşkilatçılığı ilə icazəsiz aksiya keçirilib.
Baxmayaraq ki, öncədən Moskva meriyasına aksiya ilə bağlı müraciət edilsə də, meriya şəhərin mərkəzində aksiyanın keçirilməsinə razılıq verməyərək, alternativ yer təklif edib.
Müxalifət isə Moskva meriyasının bu cavabını qəbul etməyərək, müəyyənləşdirdikləri yerdə aksiya keçirməyə qərar veriblər.
Yürüş zamanı 500-dək aksiya iştirakçısı, o cümlədən, müxalifət lideri Aleksey Navalnıy polis tərəfindən saxlanılıb.
Aksiya zamanı bir polis başından xəsarət alıb.
ABŞ DD-nin təmsilçisi Mark Toner Moskvada həbs olunanalardan narahatlığını dilə gəitrərək, Rusiya hakimiyyətindən Aleksey Navalnıyı azad etməyə çağırıb.
ABŞ DD Rusiya hakimiyyətinin bu hərəkətini demokratik dəyərlərə zidd addım hesab edib.
Gununsesi.info