Ağ Ev Rusiyanın “DXR” və “LXR”-i tanımasına münasibət bildirib

  • By admin
  • 22 Fevral 2022 19:25

ABŞ administrasiyası Rusiyanın Ukraynaya qarşı son addımlarını “Rusiya müdaxiləsinin başlanğıcı” kimi dəyərləndirir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Con Fayner Moskvanın “DXR” VƏ “LXR”-nın tanımasına münasibət bildirərkən deyib.

 

“Bəli, biz bunu Rusiyanın Ukraynaya müdaxiləsinin başlanması hesab edirik. Və siz bizim sərt və tez gələcək cavablarımızın verilməyə başlandığını görə bilərsiniz”, -deyə Fayner əlavə edib.

 

Gununsesi.info