
“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət daşıyır.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu “Twitter” hesabından bildirib:
“Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminalaradək təbii qazla doldurulub”.
Bununla yanaşı, Yunanıstandakı səfir Ceffrey Pyatt tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin inşasındakı daha bir böyük nailiyyət münasibətilə təbrik edirəm”.
Gununsesi.info