Ağ Ev Tehranı təhdid etdi – "Ehtiyatlı olun"

  • By admin
  • 27 Fevral 2021 13:37

“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerikanın maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. “Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.

ABŞ Prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib: “Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyindən bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub.

Qeyd edilir ki, hava zərbələri Prezident Co Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

Gununsesi.info