Ağ Ev: Ukrayna kiberhücumların öhdəsindən gəldi

  • By admin
  • 02 Fevral 2022 17:44

Ukraynanın kibertəhlükəsizlik sahəsində güclü texniki bazası var və illər ərzində bu sahənin gücləndirilməsi üçün səylər göstərilib.

Gununsesi.info xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq ABŞ Prezidentinin Milli təhlükəsizlik müşavirinin kiberməsələlər üzrə müavini Anne Neuberger bildirib.

 

Ukraynanın hökumət saytlarına edilmiş kiberhücumlara toxunan Neuberger vurğulayıb ki, bu, sabitliyi pozmağa yönəlmişdi: “Ukraynanın kiberhücumları dəf etmək üçün gücü var və onlar bu problemin öhdəsindən gəldilər”.

ABŞ rəsmisi qeyd edib ki, onun ölkəsi kibertəhlükəsizlik sahəsində Ukraynanın daxili dayanıqlılığını gücləndirmək üçün dəstək verir və bu dəstəyi davam etdirməyə hər zaman hazırdır.

 

 

Gununsesi.info