Ağ Ev rəhbərinin müavini Deniel Uolş istefaya gedib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, 28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora getməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp onu öz komandasının fantastik üzvü kimi dəyərləndirib.
“Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün şəxslər kimi o da özəl sektorda böyük bir iş təklifini qəbul etdi”, – deyə Trampın bəyanatında deyilir.
Onun yerinə kimin gətiriləcəyi hələ ki, məlum deyil.