
Ağ Ev bu il ölkə müsəlmanları üçün ənənəvi təşkil olunan iftar süfrəsi açmayıb. Gununsesi.info bildirir ki, xəbəri İngiltərənin nüfuzlu The İndependent nəşri yayıb.
Ağ Ev əsası 1805-ci ildən qoyulan ənənənin aradan qaldırılması ilə bağlı heç bir məlumat verməyib. Ramazanın son günü açılan iftar süfrəsi Trampdan öncəki prezidenlər Klinton, Buş və Obama dövrlərində də mütamadi təşkil olunub.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ dövlət katibi Rex Tillerson iftar süfrəsi açmayacaqlarını bildirmişdi. Tillerson “ABŞ-ın quruluşundan bəri müsəlmanlar amerikan ailəsinin bir hissəsidir” deyə bildirmişdi.