Avtomobilin Ağ Evin dəmir darvazasına çırpılması panikaya səbəb olub.
Gununsesi.info xəbər verir ki, Ağ Evin Məxfi Xidmətinin açıqlamasında ötən gecə Ağ Evin qapısına avtomobilini çırpan şəxsin saxlanıldığı bildirilib.
Qeyd olunub ki, hadisə zamanı prezident Co Bayden Ağ Evdə olmayıb və qəza zamanı xəsarət alan olmayıb.
Hadisədən sonra ərazi nəqliyyat üçün bağlanıb və araşdırma başlanıb. Hadisənin qəsdən olub-olmadığı araşdırılır.
Gununsesi.info