Ağ Evdən Türkiyəyə F-16 satışı ilə bağlı AÇIQLAMA

  • By admin
  • 18 Yanvar 2024 09:15

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını dəyərləndirib.

Kirbi qeyd edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası vəzifəyə gəldiyi gündən bu mövzuda eyni xətti davam etdirir.

“Vəzifəmizə gəldiyimiz gündən bu məsələdə ardıcıl siyasət mövqeyimiz var. Biz əlavə F-16-ların satışına və Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə dəstəyimizi davam etdiririk”, – deyə o əlavə edib.

Kirbi F-16-ların satışı ilə bağlı ABŞ Konqresinə rəsmi məlumat veriləcəyi zaman satış cədvəli ilə bağlı dəqiq bir tarix verə bilməyəcəyini bildirib.

2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 blok-70 F-16 döyüş təyyarəsi və 79 modernləşdirmə dəsti almaq niyyəti məktubu göndərib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda Türkiyəyə F-16-ların satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlamalardan yayınıb.

Gununsesi.info