Ağ Evdən Ermənistan-Azərbaycan gərginliyinə reaksiya

  • By admin
  • 16 Dekabr 2021 12:14
Amerika İrəvanla Bakı arasında gərginlikdən narahat olduqlarını bildirib.
Gununsesi.info  xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun bəyanatında deyilir.
O, Ermənistan və Azərbaycan arasında davam edən gərginlikdən narahatlığını bildirib və vurğulayıb ki, hərbçilərin müəyyən edilməmiş sərhədlər yaxınlığında hər hansı hərəkəti təxribat və məsuliyyətsizlikdir.
Amerika liderinin köməkçisi tərəflər arasında təmasların davam etdirilməsini alqışlayıb və Birləşmiş Ştatların həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi regionda quruculuq tədbirlərini və nizamlanmanı dəstəkləməyə davam etməyə hazır olduğunu qeyd edib.
Gununsesi.info