“Ağ qızıl” dövləti ağ günə çıxara biləcəkmi?

  • By admin
  • 23 Sentyabr 2016 15:18

pambiq

Nemət Əliyev: “Pambığın alış qiyməti hər kiloqrama görə ən azı 1 manat olduğu təqdirdə rentabelli ola bilər”

Azərbaycanda pambıqçılığın inkişafına nail olmaq mümkün olacaqmı?

Qeyd edək ki, sovetlər dönəmində ölkəmizin əsas məşğuliyyətlərindən biri məhz pambıqçılıq olub. Hətta, 80-ci illərdə 700-800 min ton pambıq istehsal edirdi. Son on ildə isə bu rəqəm dəfələrlə azalaraq 40 min ton həcminə qədər düşüb. Prezidentin keçirdiyi son müşavirədə qarşıya qoyulan məqsədlərdən birinin istehsalın 2-3 dəfə artımına nail olmaqdır.

Bu məqsədlə  prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sənədəəsasən, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulur, həmçinin subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

İqtisadçı-ekspert  Nemət Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycan sovet dövründən pambıqçılıq ənənələri olan bir dövlət olub: “Uzun müddət ərzində ölkəmizdə pambıqçılıq yaxşı inkişaf edib. Sonrakı dövrlərdə məhsuldarlıq da aşağı düşməyə başlayıb.

Bildiyimə görə, pambığın alış qiymətləri 1-ci növ üçün 55 qəpikdir. 2,3 və 4-cü növlərdə isə qiymətlər daha da aşağıya doğru gedir. Bu gün pambıqtəmizlə zavodları elan ediblər ki, məhsulun alış qiyməti təqribən kq-ı 35-48 qəpiyə düşür. Birinci yığım dövründə 1-cü növpambıq çox az çəkiyə malik olur. Əgər birinci növ pambığın qiyməti 55 qəpikdirsə, o zaman bütün növlər üzrə orta alış qiyməti 35-40 qəpik təşkil edəcək”.

N.Əliyevin fikrincə, sözügedən şərtlərlə ölkədə “ağ qızıl”In istehsalının rentabelliyini təşkil etmək mümkün deyil: “Apardığımız hesablamalara hətta1 hektar sahədə 4 nəfər tərkibdən ibarət ailəüzvlərinin hamısı pambıq becərilməsi  ilə məşğul olsa, onların il ərzindəən yaxşı halda qazancları 200 manat olacaq. Aylıq qazanc təqribən 25-30 manata düşür. Belə ağır şərtlərlə hansı kəndli pambıq istehsalı ilə məşğul olar”.

Pambıq hansı halda rentabelli ola bilər?

Ekspertə görə, aparılan hesablamalardan məlum olur ki, pambığın alış qiyməti hər kiloqrama görəən azı 1 manat olduğu təqdirdə rentabelli ola bilər: “Ağ qızıl”ın bu gün orta alış qiyməti 35-40 qəpik civarında olduğu halda, hər kiloqrama görə veriləcək 10 qəpiklik subsidiya adi marağı belə yerindən tərpədə bilməyəcək. Pambıq böyük əməktutumlu sahədir. Orada insan əməyindən xeyli istifadə olunur. O qədər çətin bir sahədir ki, az qazancla kimsə gözünün önünə alıb işləmək istəməz.  Zamanında pambıq əməyi qul əməyi hesab olunurdu. Hakimiyyətin indiki addımları ilə bu sahəni yenidən dirçəltmək mümkün deyildi. İndi ökəyə valyuta axınının sürətlənməsinə ehtiyac yaranıb. Emal sənayesinin inkişaf etdirilməsinə təkan verilmədən, yarımçıq yanaşmalarla bu işin öhdəsindən gəlmək mümkün deyil”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info