“Ağaəli Fərəcov icra başçısının qardaşı oğlu deyil” - SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

  • By admin
  • 06 May 2017 13:36

porse olum

Sumqayıt Şəhər İcra Hakimiyyəti bu günlərdə “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobillə iki uşaq anası X.Məmmədovanı vurub öldürən 14 yaşlı Ağaəli Füzulu oğlu Fərəcovun icra başçısı Zakir Fərəcovun qardaşı oğlu olmadığını bildirir.

Gununsesi.info-ya bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev bildirib.

E.Qocayev redaksiya ilə əlaqə saxlayaraq bir neçə gün bundan öncə iki uşaq anası, 24 yaşlı qadını vuraraq öldürən 14 yaşlı Ağaəlinin icra başçısının qardaşı oğlu olması ilə bağlı mətbuatda gedən yazılarla bağlı qeyd edib ki, Zakir Fərəcovun Füzuli Fərəcovla heç bir əlaqəsi yoxdur:

“Bütün bunlar doğru məlumat deyil və yazılanlar həqiqəti əks etdirmir”.

Mürtəza

Gununsesi.info