Ağac budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz qoşuldu – VİDEO

  • By admin
  • 20 Aprel 2021 19:53

Qaz xəttinə qanunsuz müdaxilə üçün abonent heç kimin ağlına gəlməyən üsula əl atıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindəın məlumat verilib.

Bildirilib ki, Birliyin əməkdaşlarının bu dəfə gördüklərinə inanmaq çətindir.

Belə ki, abonent ağacın budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz olaraq qoşulub.

Məlumata görə, belə bir hala Azərbaycanda ilk dəfədir rast gəlinir.

Videonu təqdim edirik:

https://youtu.be/zV4tczK8620
Gununsesi.info