Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu

  • By admin
  • 09 İyun 2021 10:54

Xalq artisti Ağadadaş Ağayev Türkiyədə üçüncü dəfə əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat davam edib: “Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti qənaətbəxşdir”.

Gununsesi.info