“Azəraqrartikinti” Açıq Səbmdar Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən cəmiyyətdən adının çəkilməsini istəməyən mənbə bildirib.
Məlumata görə, cəmiyyətin rəhbəri deputat Ağalar Vəliyev olduğundan indiyədək vergi orqanları borcların alınmasında prinsipiallıq göstərməyib və nəticədə külli miqdarda borc yaranıb.
Məlumatda, həmçinin deputata məxsus tikinti şirkətlərinin də vergi borcunu ödəmədiyi deyilir.
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Ağalar Vəliyev bunları deyib:
“Mən Müşahidə Şürasının sədriyəm. Səhmdar Cəmiyyətin sədri var və bu məsələlər birbaşa onların səlahiyyətinə aiddir. Mən detallı nəsə deyə bilmərəm. Bildiyim qədər vergilər ödənir”.
Gununsesi.info