Ağalarovlara məxsus “Crocus Group” şirkəti 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında bildirib:
“2022-ci ilin sonun kimi Bakıda və “Sea Breeze Resort”da 7 yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”.
Qeyd edək ki, hazırda “Crocus Group” şirkəti ümumilikdə 52 restoranı idarə edir. Ötən il qrupun biznesinin restoran hissəsinin dövriyyəsi 3 dəfə azalıb. Şirkət 2023-cü ilə qədər bu göstəricini 70% artırmağı planlaşdırır.
Gununsesi.info