Ağalarovun şərikinin qətlinin mümkün motivləri – “Kiməsə bərk mane olurmuş…”

  • By admin
  • 06 Avqust 2017 11:48

araz1-
Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Krokus Siti Okeanarium”un həmtəsisçisi və baş direktoru Andrey Çernovun güllələnməsinin mümkün motivləri üzərində baş sındırır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, müstəntiqlərin işi çətindir, çünki killer hadisə yerində heç bir dəlil buraxmayıb və biznesmenin qətlinin kim tərəfindən sifariş verilə biləcəyinə dair heç bir ip ucu yoxdur. Çünki onun bizneslə bağlı kiminləsə münaqişəsini indiyədək eşidən olmamışdı və Çernovu tanıyanlar deyir ki, biznesmenin ünvanına hansısa hədələrin gəldiyi barədə heç kimə heç nə məlum deyil.

Xəbər verildiyi kimi Çernov avqustun 4-də səhər saatlarında Moskvanın Rublyovka rayonunda, Filesk parkının ərazisində aşkar edilib. Biznesmen səhər qaçışına çıxıbmış və bir neçə gündür onu izləyən killer qətl üçün ən münasib yer seçərək ona parkda atəş açıb. Çernovun cəsədini parkda uşağı ilə gəzintiyə çıxmış qadın aşkar edib və polisə məlumat verib. Qətlin baş verdiyi ərazinin yaxınlığında heç bir videomüşahidə kameraları olmadığından killerin izinə düşmək üçün hələlik heç bir ip ucu tapılmayıb.

Gununsesi.info