Ağalıda digər bölgələrdən gələn müəllimlər də ÇALIŞACAQ

Ağalı kənd məktəbində dərs deyəcək müəllimlər vakansiya ilə seçilənlərdir.

Gununsesi.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

HTML tutorial

Nazir rəsmisi bildirib ki, həmin məktəbdə məhz Ağalıdan olan müəllimlər də çalışacaq:

“Başqa bölgədən gəlmiş müəllimlər hər cür şəraitlə təmin olunacaqlar. Hazırda 61 şagird qeydiyyatdan keçib. Bir sinif üzrə 3, 5 və daha çox şagird qeydiyyatdan keçib. Köç artdıqca bu say da çoxalacaq”.

Gununsesi.info