Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO

  • By admin
  • 13 Avqust 2022 09:20

Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin icrası ilə bağlı tədbirlər davam edir.

Gununsesi.info Real TV-yə istinadən xəbər verir ki, bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakini olan 3 ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. Ümumilikdə 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur.

Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.

Gununsesi.info