Ağalıda “Novruz mühazirəsi” - FOTOLAR

  • By admin
  • 10 Mart 2023 19:42

Bu gün Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib.

Bu haqda Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Novruz mühazirəsi”ndə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.

“Novruz mühazirəsi”nin moderatoru yazıçı Elçin Hüseynbəyli Ağalı kəndində belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb, iştirakçıları təqdim etdikdən sonra tədbiri açıq elan edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin “Dəmir yumruğ”u altında birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən digər qonaqlar Ağalı kəndinin müasir infrastrukturuna da diqqət çəkiblər.

Tədbirin yekununda Ağalı kənd tam orta məktəbinin kitabxanasına kitablar hədiyyə edilib.

Mühazirədən sonra Ağalı kəndində “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası çərçivəsində ağaclar əkilib.

Gununsesi.info