Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Zəngilan rayonunun Ağalı kəndində ikinci mərəhələ üzrə sakinlərin məskunlaşdırılması prosesi davam edir.
Gununsesi.info xəbər verir ki, bu gün yola çıxan ailələr artıq doğma yurdlarına qovuşublar.
***08:59
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.
Gununsesi.info xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə – 110 nəfər köçürülüb.
Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.













