Ağcəbədidə 23 yaşlı oğlan özünü asıb

  • By admin
  • 16 Fevral 2017 09:40

intihar

Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Gununsesi.info