Ağcəbədidə kütləvi həbslər olub? - EHSAN ZAHİDOVDAN AÇIQLAMA

  • By admin
  • 09 Mart 2021 17:03

Bu gün Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında toplaşan 30 nəfərə yaxın vətəndaşın yerli polis tərəfindən həbs edildiyi bildirilir.

Bu barədə Gununsesi.info-ya yerli sakinlər  bildirib.
Məlumata görə, sakinlər torpaqların qanunsuz yollarla başqalarına verilməsinə etiraz olaraq icra hakimiyyəti qarşısına toplaşıb.

Ancaq bu etiraz aksiyasına polis müdaxiləsi olub.

Onlarla yerli sakin saxlanılıb.

Məsələ ilə bağlı müraciət etdiyimiz rayon polis şöbəsindən Gununsesi.info-ya nazirliklə əlaqə saxlamağımızı tövsiyyə etdilər.
DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə saytımıza açıqlmasında bildirib ki, heç kəsin kütləvi həbsi olmayıb:
“Bir qrup insan toplaşmağa cəhd edib. Torpaq bölgüsü ilə bağlı narazılıqları olub. Onlara izah edilib ki, mövcud karantin dövründə bu yolverilməzdir. Bunu anlayanlar ərazini tərk edib. 5-6 nəfər var ki, onlar buna məhəl qoymayıblar.
Onlar da polisə dəvət edilib, araşdırma aparılır”.

Taryel
Gununsesi.info