Ağcabədi sakinindən 2 ədəd ov tüfəngi götürülüb

  • By admin
  • 27 Yanvar 2017 11:14

ov-tufengi

Ağcabədi rayon sakininin idarə etdiyi avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quzanlı qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Talıb Səfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info