Ağcabədidə 5, Samuxda 4, Lerikdə 3 otaqlı ev yanıb

  • By admin
  • 11 Avqust 2017 08:40

yangin

Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. 

Gununsesi.info FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı və çardağı 36 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Samux rayonu, Qarabağlılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lerik rayonu, Monidigah kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.