Ağcabədidə avtomobil təmiri sexi yanıb

  • By admin
  • 15 Avqust 2017 13:46

yangin_37465656

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info