Ağcabədidə avtomobil yandı

  • By Mina
  • 20 Aprel 2024 10:01

Ağcabədi şəhərində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info