Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

 

Gununsesi.info