Ağcabədidə ev yandı

  • By admin
  • 08 Avqust 2017 08:30

yangin

Gununsesi.info xəbər verir ki, Ağcabədi rayonu, Minaxorlu kəndində yanğın faktı qeydə alınıb.

FHN-nin rəsmi saytına istinadən bildirir ki, Ağcabədi rayonu, Minaxorlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info