Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb – YENİLƏNİB-2

  • By admin
  • 10 Sentyabr 2017 17:20

fhn yangin masin
Ağcabədinin Hüslü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar – 192 kvadratmetr yaşayış sahəsi yanıb.

HTML tutorial

Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 15.59

Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

saat 15.10

Ağcabədidə iki mərtəbəli klub binası yanır.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Hüslü kəndində baş verib.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayon yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın hazırda davam edir.

 

Gununsesi.info