Ağcabədidə minik maşını yük maşını ilə toqquşdu – 1 nəfər ölü

  • By admin
  • 18 Fevral 2020 10:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.

Gununsesi.org bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org