Ağcabədidə “Qazel” yanıb

  • By admin
  • 09 Aprel 2018 20:43


Ağcabədi rayonunda yanğın baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qiyaməddinli kəndində “Qazel” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

Gununsesi.info