Ağcabədidə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var

  • By admin
  • 02 Yanvar 2017 23:35

qeza-imisli

Ağcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Ağcabədi-Zərdab yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri,  Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini 1949-cu il təvəllüdlü Abdullayev Əlı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından  Gununsesi.info-ya verilən xəbərə görə, avtomobillərdən birində olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info