Dələduzluq edən şəxs həbs olundu

  • By Günel
  • 16 Mart 2025 17:06

Ağcabədidə dələduzluq edən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Gununsesi.info -ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb.

Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 min manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info