
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub.
Bu barədə Gununsesi.info -ya TƏBİB-dən xəbər verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.