Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır

  • By ilhame
  • 23 Sentyabr 2023 21:46

Sentyabrın 23-də saat 19:35 radələrində Ordumuzun texniki müşahidə vasitələri tərəfindən Ağdərə istiqamətində yaşayış evlərinin erməni sakinlər tərəfindən kütləvi şəkildə yandırılması qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.