
Ağdərədə iki erməni uşağın cəsədi tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Ağdərədə yaşayan şəxs 3 və 6 yaşlı uşaqları evdə tək qoyaraq gedib. 14:00-da evdən çıxan valideyn 17:30-da qayıdıb və uşaqların evdə olmadığını görüb. Bundan sonra uşaqlar ərazidə yaşayan başqa bir erməninin maşınından tapılıblar.
Araşdırma zamanı məlum olub ki, uşaqlar özləri evdən çıxaraq həmin şəxsin maşını olan əraziyə gediblər. Bundan sonra maşında yuxuya gedən azyaşlılar avtomobildəki yüksək temperatur səbəbi ilə ölüblər.
Buna baxmayaraq, erməni mənbələri olayın şübhəli olduğunu bildiriblər.
Gununsesi.info