Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

  • Müəllif: Firuzə
  • 18 Avqust 2025 15:00

18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, MN-dən bildirilib.

Gununsesi.info