Ağdam Sənaye Parkında daha 4 müəssisə işə başladı

  • By admin
  • 02 Noyabr 2022 12:00

Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində bildirib.

Nazir qeyd edib ki, bununla da Ağdam Sənaye Parkında rezidentlərin sayı 11-ə çatıb.

“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, – M.Cabbarov yazıb.

Gununsesi.info