
Rusiya Bakının təklif etdiyi Ağdam yolu ilə yük daşınmasına birinci başlamaqla çək-çevirdə olan Avropadan bir addım önə keçdi.
Bununla da Ağdam-Xankəndi yolu status aldı.
İndi Laçın yolu ilə bağlı məsələnin növbəti periodu gəlir. Prezidentin köməkçisi Hikmət Hacıyev dünən bəyan edib ki, Ağdam yolu ilə hərəkət başlandıqdan sonra Laçın yolu sərhəd və gömrük qaydalarına uyğun açılacaq.
İndi Avropa İttifaqı -onun flaqman dövəti sayılan Fransa və Almaniya Ağdam yolu ilə yük daşınması üçün öz qərarlarını verməlidirlər.
Bakı üçün yük daşımaq problem deyil.
Yol zatən bizim yoldur.
Burada Bakının mesajı “humanitar yük” deyil, Xankəndi guruhuna “kiminlə dans etdiyini” anlatmaqdır.
Rusiyanın Xankəndinə göndərdiyi ərzaq yükü hələki Bərdədə dayanıb. Halbuki saat 11-də Ağdam yolunu keçib həmin ünvana getməli idi. Bu yükün ləngiməsi Qərbin hansısa naməlum təzyiqi ilə izah olunur.
Bərdədə duran Rusiyanın ərzaq karvanı geopolitik savaşın növbəti indikatorudur.
Səbrli Bakı hələ ki gözləyir!
Xəqani
Gununsesi.info