Ağdamda 3 gün əvvəl qidadan zəhərlənən ailənin 6 üzvü yenidən xəstəxanaya yerləşdiriliblər

  • By admin
  • 10 Sentyabr 2017 18:12

tecili_yardim_041
Ağdamda 3 gün əvvəl qidadan zəhərlənən ailənin 6 üzvü yenidən Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 8 sentyabr axşam saatlarında Ağdam Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə diaqnozu ilə daxil olan rayonun Zəngişalı kənd sakinləri 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nüranə Üzeyir qızı, 1970 Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı və 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı səhhətlərində yaranan narahatlıqla bağlı yenidə xəstəxanaya çatdırılıb.

Onların ev şəraitində bişirilən peraşkidən zəhərləndikləri ehtimal olunur. Həkimlər xəstələrin vəziyyətini orta ağır qiymətləndirir.

Gununsesi.info