Ağdamda 31 yaşlı kişi qətlə yetirilib

  • By admin
  • 25 Dekabr 2017 20:22


Ağdam rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonun Qaradağlı kəndində 24 yaşlı Qasımov Nahid Xalid oğlu mübahisə zəminində 31 yaşlı Cəfərov Səxavət Nazim oğluna bıçaqla xəsarət yetirib.

S. Cəfərov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

N. Qasımov saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info