Ağdamda abadlaşdırılmaya 410 min manat xərclənəcək

  • By Günel
  • 16 Aprel 2025 19:56

Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Ağdamda tarixi abidələrin və yaşayış evlərinin abadlaşdırılmasına 410.000 manat xərclənəcək.

Gununsesi.info xəbər verir ki, qurum işlərlə əlaqədar 2 satınalma müsabiqəsi elan edib.

Tarixi və mədəni əhəmiyyətə malik abidələrin abadlaşdırılması üçün nəzərdə tutulan layihənin dəyəri 205.000,00 manat təşkil edir.

Eyni zamanda, Quzanlı qəsəbəsinin “Daş evlər” adlanan ərazisində yerləşən fərdi yaşayış evlərinin əsaslı təmiri ilə bağlı ikinci bir layihə də həyata keçiriləcək. Bu layihənin də dəyəri 205.000,00 manatdır.

Qeyd edək ki, hər iki tender üzrə təkliflərin son təqdim olunma tarixi 8 mayadəkdir. Elə həmin gün təqdim olunan zərflərin açılışı və qiymətləndirilməsi həyata keçiriləcək.

Gununsesi.info