Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yol qəzası rayonun Çəmənli kəndi ərazisində baş verib.
Vəliyev Razi Sabir oğlu yolun kənarı ilə gələn kənd sakini, 1955-ci il təvəllüdlü Əsgərov Mehdi Soltan oğlunu vuraraq öldürüb.
Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, sürücü yolun hərəkət istiqamətinin əksində avtomobili idarə edib və qarşıdan gələn piyada M. Əsgərovu vurub. Piyada bir neçə metr nəqliyyat vasitəsinin altında sürünüb və sonda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info